“Patriot” raket komplekslərinin Türkiyəyə satışına aydınlıq gətirildi

06:27 23-08-2019 1065

ABŞ Türkiyəyə etdiyi “Patriot” komplekslərinin alınması haqqında etdiyi təklifi rəsmən geri götürüb.

Bunu CNN telekanalının efirində Dövlət Departamentinin nümayəndəsi deyib.

“Bizim “Patriot”la bağlı təklifimizin vaxtı bitdi”, - deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Ankaranı F-35 təyyarələrinin yaradılması proqramından kənarda qoyub. Tramp administrasiyası bildirib ki, Rusiyanın S-400 zenit-raket komplekslərini alan ölkəyə yeni təyyarələr satılmayacaq.