BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi

08:18 23-08-2019 782

Yəmənin qanuni hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərini ölkənin iri şəhərlərdən birini tutmağa cəhd etdiklərində günahlandırdı.

RİA Novosti” xəbər verir ki, söhbət Şabva vilayyətinin mərkəzi Atak şəhərindən gedir.

Hökümətin rəsmi nümayəndəsi Radjix Badi bildirib ki, BƏƏ-nin Şabvadakı komandanlığı bölgədə müharibəni qızışdırmağa çalışır.

“Hərbi qiyamın Şabvaya yayılması ərəb koalisiyasının məqsədlərinə meydan oxumaq deməkdir. Bu Səudiyyə Ərəbistanın sülh cəhdlərini və vəziyyətin stabilləşməsi istiqamətində atdığı addımlara təhlükə yaradır”.

Yəmən höküməti BƏƏ-ni separatçılara hərbi və maliyyə köməyinin göstərilməsində günahlandırır və ölkənin ərəb koalisiyasında çıxarılmasını istəyir.