Boris Conson Makronla görüşdə ayağını stola qoydu, birmənalı qarşılanmadı - VİDEO

10:00 23-08-2019 754

Britaniyanın Baş naziri Boris Conson Fransa Prezidenti Emanuel Makronla Parisdə, Yelisey sarayında görüş zamanı sağ ayağını divan və kreslonun arasında qoyulmuş qəhvə masasının üstünə qoyub.

RBK-nın məlumatına əsasən, həmin kadrlar görüşdə iştirak edən jurnalistlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

"Sky News" telekanalının müxbiri Tom Raynerin sözlərinə görə, Baş nazir istəsəydi, masa ayaq üçün skamya kimi də istifadə oluna bilərdi.

E.Makron bu hərəkəti yumorla qarşılayıb. Daha öncə onlar bu masadan ayaq qoymaq üçün istifadəni "müzakirə" edərək zarafatlaşıblar. B.Conson çox düşünmədən elə bunu da edib.

Lakin britaniyalılar Baş nazirin davranışını tənqid ediblər.