Si Cinpin Osakada keçiriləcək G20 sammitinə qatılacaq

07:09 23-06-2019 739

Çin Xalq Respublikasının sədri Si Cinpin Osakada keçiriləcək G20 sammitində iştirak edəcək. 

Bu barədə “Sinxua” ÇXR-nın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kana istinadən yazır.

Məlumatda bildirilir ki, ÇXR-nın sədri Si Cinpin Yaponiyanın baş naziri Sindzo Abenin dəvəti ilə G20-nin 14-cü sammitində iştirak etmək üçün iyunun 27-dən 29-a kimi Osakaya səfər edəcək.

Qeyd edək ki, Yaponiya ilk dəfədir ki,  “Böyük iyirmiliy”ə sədrlik edir. G20 liderlərinin sammiti Osakada iyunun 28-29-da keçiriləcək.  ABŞ Prezidenti Donald Trampın G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə görüşəcəyi gözlənilir.