Müğənni Şeyla yeni klipini təqdim etdi - FOTO/VİDEO

15:00 02-01-2022 533

Azərbaycanın məşhur müğənnisi Şeyla “Səninləyəm” adlı yeni klipini təqdim edib.

Hazırda ABŞ-da yaşayan müğənni bu sinqlın peşəkar səhnəyə qayıtmaq anlamına gəlmədiyini etiraf edib.

Onun sözlərinə görə, bu mahnı vətəndən kənarda yaşasığı illərdən doğan bir emosional layihədir.

“Bizim bir çoxumuz hər il Vətənimizə, qohumlarımıza, dostlarımıza baş çəkir, Azərbaycanla sonsuz emosional və mədəni bağlılıq hiss edirik. Harada oluruqsa olaq, Vətən bizim güc mənbəyimiz. Çoxdan gözlənilən Qələbə bunu bir daha vurğuladı. Mən də özüm kimi bir mühacir, “Bakı payızı” müsabiqəsinin laureatı, dostum, keçmiş sinif yoldaşım Kamranla birlikdə Vətən haqqında mahnı oxumağı qərara aldım”, - deyə ifaçı bildirib.

Xatırladaq ki, bu, Şeylanın uzun yaradıcılıq fasiləsindən sonra ilk klipidir.