Şamaxıda yolu keçən 13 yaşlı oğlanı maşın vurdu

13:09 23-08-2019 600

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Mirikənd kəndi yaxınlığında qeydə alınıb.

Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü Rahib Rahim oğlu İsmayılov taksidən düşüb yolu keçərkən onu avtomobil vurub.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.