Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

14:00 23-08-2019 852

Mərdəkan körpüsündən avtomobil aşıb. 

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, biri uşaq olmaqla, üç nəfər xəsarət alıb. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, dörd yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.