Bakıda ağır qəza: bir ölü, iki yaralı

14:27 23-08-2019 518

Ötən gün Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, səhər saatlarında Bakı sakinləri olan 1977-ci il təvəllüdlü Kamran Əkbər oğlu Hüseynovun idarə etdiyi "Cherry" markalı, 90 NA 119 dövlət nömrəli avtomobillə 1951-ci il təvəllüdlü Mərdan İsfəndiyar oğlu Paşayevin idarə etdiyi "VAZ 2107" markalı, 10 KY 170 dövlət nömrəli avtomobil toqquşub.

Hadisə nəticəsində Kamran Hüseynov, avtomobildə olan oğlu 2011-ci il təvəllüdlü Əkbər Kamran oğlu Hüseynov və Mərdan Paşayev 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. 

Həkimlərin bütün səylərinə baxmayaraq M.Paşayevin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə qənaətbəxşdir.

Könül Cəfərli