“Queen”in gitaraçısını ağ saçlarına görə tanımadılar

08:27 23-06-2019 736

Britaniyanın əfsanəvi rok-qrupu olan “Queen”in gitaraçısı Brayan Meyi pasport yoxlanışında ağ saçlarına görə tanımadılar.

Bu barədə “Daily Mail” xəbər verir.

Musiqiçinin sözlərin görə, hava limanının sərhəd xidmətinin əməkdaşı Meyin pasportuna baxaraq, onun şəkildəki insana oxşamadığını deyib.

“Şəkildəki insanın saçları qaradır, sizinlə heç bir oxşarlığı yoxdur”, - sərhədçi deyib. 

Gitaraçı isə özünü itirməyərək dərhal cavab verib: “Bu, bizim hamımızın başına gələcək, bəxtiniz gətirsə, elə sizin də”.

Qeyd edək ki, bir müddət öncə “Queen” qrupunun üzvlərinin sərvəti hesablanıb. Məlum olub ki, onlar Britaniya kraliçası II Yelizavetadan zəngindirlər.