Sərxoş kişi yıxılıb yaralandı: yaxınları axtarılır - FOTO

16:18 23-08-2019 531

Bərdə rayonunda sərxoş vəziyyətdə evinə getmək istəyən şəxs yıxılaraq ağır xəsarət alıb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. 

Şəxsiyyəti məlum olmayan orta yaşlı kişi sərxoş vəziyyətdə avtomobil yolunu keçmək istəyərkən yıxılıb.

O, təcili tibbi yardım avtomobili ilə kəllə-beyin travması ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onun kimliyi araşdırılır.