Həbsxanaya "heroinli şirniyyat" keçirmək istədilər

17:27 23-08-2019 522

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsmayılov Şahsevən Mayıl oğluna qonşusu, Kəlbəcər rayon sakini Əliyev Qabil Məhəmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0.830 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.