Qəbələdə də meşə yanır: helikopter və təyyarə cəlb edildi

17:36 23-08-2019 376

Qəbələ rayonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə rayonun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-Qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin bir ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.