Şuşa bəyənnaməsi-qardaşlığın yeni tarixi mərhələsi

23:04 16-06-2022 950

     Bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyənnaməsi iki qardaş dövlət arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır.Bu imkanlar Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bir daha xəbər verir.Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

     Şuşa Bəyannaməsinin imzalanması tarixi bir hadisədir.Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir.Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir.Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır.Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir.İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir.Əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir.
Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.Bütün dünya Azərbaycanı tolerant və multikultural dövlət kimi tanıyır.Bu günə qədər Azərbaycanda etnik və dini zəmində heç bir konflikt olmayıb.Bu gün Qarabağda böyük abadlıq və bərpa işləri gedir.Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında sürətlə aparılan quruculuq siyasəti tezliklə öz bəhrəsini verəcəkdir. Artıq Qarabağa yeni nəfəs gəlir və Şuşa şəhəri uzun illərdən sonra yenidən böyük tədbirlərə, festivallara ev sahibliyi edir. İnanırıq ki, tezliklə Qarabağ dünyanın ən gözəl dilbər guşələrindən birinə çevriləcəkdir.

   44 günlük Vətən Müharibəsində işğal olunmuş Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın təntənəsi idi. Nəinki biz, bütün dünya bu münasibətlərin necə sağlam münasibətlər üzərində qurulduğunun şahidi oldu.Rəşadətli Ordumuzun sayəsində Azərbaycanın mirvarisi sayılan Şuşanın erməni işğalçılarından azad olunması Ermənistanı faktiki olaraq darmadağın etdi, onun bütün manevr imkanlarını  çökdürdü.Artıq bu məğlubiyyəti yaşayan Ermənistanın ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu yox idi.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki, Türkiyə ən güvənilə biləcək, qardaş hesab etdiyimiz yeganə bir ölkədir.Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır.Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq.Bu tarixi dostluğun və qardaşlığın çox sağlam və möhkəm təməli vardır.

   Bir daha vurğulamaq istərdim ki, və Türkiyə Prezidentlərinin 15 iyun - Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə sübut etdilər ki, bu birliyin, dostluğun və qardaşlığın yeni dövrü başlanıb.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri