Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir

17:44 10-07-2022 1092

   Tarix göstərdi ki, hər hansı bir dövlətin iqtisadi inkişafını təmin edən amillərdən biri onun dünya bazarına çıxışını təmin edən yollara malik olmasıdır.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadiyyatının daha səmərəli olması üçün həyata keçirdiyi tədbirlər artıq silsilə şəklini almışdır.

   Artıq dünyanın bütün iqtisadçı ekspertləri bu fikirdədirlər ki, Azərbaycanda yaradılan  Azad İqtisadi Zona Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyinə görə Xəzər hövzəsində ən böyük logistic mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Hətta proqnoz verilir ki, perspektivdə bu zona Qərbi Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir. Bu isə Avrasiyanın bütün ölkələrinin, xüsusən, Xəzəryanı dövlətlərin inkişafına özünə məxsus töhfələr verəcəkdir.

   Azərbaycanın bütün Xəzəryanı ölkələrlə qarşılıqlı tərəfdaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı tarix birləşdirir. Bu prosesin sürətləndirilməsi və səmərəsinin artırılması üçün Xəzərin statusunun müəyyən edilməsi də vacibidi. Azərbaycan həmin məsələnin həllinin tezləşdirilməsində də öz köməyini heç bir zaman əsirgəməyib.Xəzər dənizində münaqişələrin qarşısının alınması ilə bağlı imzalanan sənəddə Xəzəryanı dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə ziyan vurmamağa, hərbi sferada regional təhlükəsizliyin təmini kontekstin də qarşılıqlı etimadın artırılmasına ayrıca diqqət yetirilib. Həmçinin terrorla mübarizədə də birgə fəaliyyət haqqında razılığın əldə olunması ciddi hadisədir.

    Ölkə rəhbərliyi həmişə ədalətli, reallığa dayanan və beynəlxalq hüquq normalarına uyğun olan mövqeyi ilə bir çox təhlükəli münaqişələrin qarşısını alıb, diplomatic fəallıq və siyasi iradə nümayiş etdirərək ziddiyyətlərin aradan qaldırılmasına əhəmiyyətli töhfələr verib. Təsadüfi deyil ki, bəzi dövlətlər Azərbaycanın növbəti böyük uğurundan narahat olurlar. Onlar görürlər ki, Azərbaycan bütün istiqamətlərdə irəliləyir, onun geosiyasi nüfuzu artır, qlobal proseslərdə iştirakı daha da genişlənir və ona görə də narahat olmaya bilmirlər. Xatırladaq ki, Azərbaycanın Xəzəryanı ölkələrin hamısı ilə dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri