Kamaləddin Heydərovun Vətən, Xalq qarşısındakı xidmətlərini dəyərləndirməmək NADANLIQ OLA BİLƏR!

11:25 18-08-2022 527

Son günlər Fövqəladə Hallar Nazirliyində 2014-cü ildə Baş vermiş intim video bütün medianın gündəmini zəbt etmiş və heç bir araşdırma aparılmadan dərc edilən yazılar geniş ictimaiyyətin müzakirə mövzusuna çevrilmişdir.

Təəssüflə də olsa qeyd edilməlidir ki, işin təfərrüatını dərindən bilməyən, adını, soyadını xırda hərflə yazan yazarlar da bu kompaniyaya qatılmış və əllərində heç bir əsas olmadan nazir Kamaləddin Heydərovu da bu çirkin işə cəlb etmək
istəyərək onu ittiham etməyə başlamışlar.

Halbuki nazirin bu məsələdə heç bir məsuliyyəti yoxdur. Nazir Kamaləddin Heydərovun bu gün rəhbərlik etdiyi struktur keçmiş Sovetlər dövründə deyil müstəqillik illərində yaradılan ən son nazirliklərdən biridir.

Nazirin gərgin zəhməti, uzaqgörən siyasəti, heç kimdə olmayan nadir istedadı sayəsində FHN təşəkkül tapmış, formalaşmış və ən müasir texnika ilə silahlandırılmışdır.

Bu gün nazirlik, onun yerli orqanları baç verən istənilən xoşagəlməz hadisənin qarşısını qətiyyətlə alır və lazım gələndə meşə yanğınları zamanı qardaş Türkiyyənin də imdadına çatır. 

Bunu nazirliyin işinə bələd olanlar və nazir Kamaləddin Heydərovu lap yaxından tanıyanlar bilirlər ki, bu gün K.Heydərov FHN-də vətənini, xalqını qanı, canı qədər sevən, işini dərindən bilən savadlı, sanballı və nüfuzlu şəxslər hesabına ən etibarlı kadr korpusu formalaşdırmışdır.

Nazir ötən illər ərzində öz əməlləri, fəaliyyəti ilə ölkə başçısına yüzlərlə sədaqət nümunələri göstərmiş, özünü, kim olduğunu təsdiq etmişdir.Bir də baxırsan ki, biri özünü körpüdən, digəri binanın 9-cu mərtəbəsindən, atmaq, başqa
birisi isə intihar etmək iştəyir. Nazirliyin Xüsusirikli xilasetmə xidməti dərhal hadisə yerinə yollanır təhlükə aradan qaldırılır, ən başlıcası ailələr sevinir, könüllər şad olur.

Yeri gəlmişkən Xilasetmə xidmətinin rəisi Şahmar Paşayevin də xüsusi xidmətlərini qeyd etmək yerinə düşər. Kamaləddin Heydərovun nazir olaraq imza atdığı uğurlar yüzlərlədir. Onun dəstəyi ilə yüzlərlə xəstələr şəfa, çoxlu sayda ailələr nicat tapıb. O kimsəsizlərin kimsəsi, tərəfsizlərin tərəfindədir.

Bu insanın qəlbi sanki qürub yaratmaq eşqi ilə döyünür lakin pusquda durub məqam gözləyən namərdlər, bədxahlar da az deyil. Mən ömrümün qürub çağlarını yaşayan bir ziyalı ağsaqqal, bu yazının müəllifi kimi üzümü sizlərə tutub deyirəm:

Sizin qarayaxma rubrikası açıb Kamaləddin Heydərova böhtan atmağınız sizlərə ucalıq gətirməz. Bu yol sizləri məhvə, qaranlıq zülmətə sürükləyir. Nə qədər gec deyil tutduğunuz bu yoldan çəkinin. Kamaləddin Heydərov namuslu qeyrətli və əxlaqlı insandır.

Yazmaq istəyirsinizsə bu gün Respublikamızda öz həllini gözləyən yüzlərlə sosial problemlərimiz var, buyurun yazın. K.Heydərovun 8 il öncə nazirlik sistemində baş vermiş intim videoya görə nə məsuliyyəti var, nə cavabdehliyi. Gizli deyil ki, bu cür hallar Respublikamızın bütün dövlət qurumlarında mövcuddur.

Qoy, oxucu güman etməsin ki, mən ağsaqqal olaraq bu yazını kimlərinsə sifarişi ilə yazıram. Əsla yox, mən Kamaləddin Heydərovu şəxsən tanımıram, televizorda görmüşəm amma onun barəsində çoxsaylı, dəqiq
məlumatlarım var. O daha böyük vəzifələrə layiqdir.

Silsilə yazılar davam edəcək.

Qələmə aldı:Tofiq İsmayılov
Təqaüdçü