Dünyanın ən zəngin adamlarından biri öldü

01:09 24-08-2019 467

Amerikalı milyarder və ictimai şəxs Devid Kox vəfat edib.

"Lenta.ru" xəbər verir ki, bu barədə binesmenin ailəsi məlumat yayıb.

79 yaşlı D.Koxun hansı səbəbdən ölməsi haqqında əhatəli məlumat verilməyib.

Qeyd edək ki, Devid Kox qardaşı Çarlzla birlikdə "Forbes"in versiyasına görə, dünyanın ən zəngin insanları sıralamasında 11-ci yerdə qərarlaşmışdı.

Bu ailənin varidatı 125 milyard dollar həcmində dəyərləndirilir.

Bir müddət siyasi fəaliyyətlə məşğul olan Kox xeyiryyəçiliklə də tanınıb.