ƏSRİN  FƏLAKƏTİ

Babakişi  Beyləqani

23:13 03-05-2023 272

Türkiyədə oldu  güclü zəlzələ,

Bu xəbər hamını sarsıtdı hələ.

Bu  xəbər yayıldı hər bir ölkəyə,

Ölkələr çatdılar  tez bir köməyə.

 

Türkiyə, Suriya bu zəlzələdə,

Çox tələfat oldu, ölkələrində.

Köməyə tez gələn xilasedənlər,

Çox sayda insanı xilas etdilər.

 

Prezident İlhamın təşəbbüsləri,

Köməyə çağırdı kəndi, şəhəri.

Türküyənin qəmi, bizim qəmimiz,

Türkiyəyə lazım, çox köməyimiz.

 

Humanitar yardım, qardaş ölkəyə,

Çağırdı hamını birgə köməyə.

Türkiyə qardaşdır Azərbaycana,

Bizləri doğmuşdur fədakar ana.

 

Mehriban xanımın vaxtlı kömyi,

Heydər Fondununda oldu dəstəyi

Türkiyə qardaşdır çox əsrdən bəri,

Şad günü, qəmi bir, uzun illəri.

 

Türkiyə dövləti hər bir ölkəyə,

Çalışır hamıya kömək etməyə.

Prezident Ərdoğan  hər bir zamanda,

Kömək istəyənin olur yanında.

 

Zəlzələnin  saysız,var fəsadları,

Dünyadan aparır çox insanları.

Günahı nə idi, hər bir insanın?

Oldular qurbanı güclü təkanın.

 

Əsrin fəlakəti bir anda belə,

Dünyaya dərs verdi, hər kəsə hələ.

Xilasedicilər, çox  ölkələrdən,

İşlərin gördülər , həm də ürəkdən.

 

Sevinc və kədəri sağ çıxanların,

Möhtəşəm işidir xilaskarların.

Çoxlu ölkələrin xilaskarları,

Xilas eylədilər çox insanları.

 

Ürəklər Türküyə ilə döyündü,

Dostlar yasa batdı, düşmən  sevindi.

İlhamla Ərdoğanın qardaşlığı,

Göylərə ucaldır, iki bayrağı.

 

Qardaşlıq köməyi hər bir zamanda

Qüvvvəsin artırır insanların  da.

Mərhəmət köməyi Azərbaycanın,

Dünyada olmuşdur, əcdadlarımın.

 

Tarixdə olmuşdu çoxlu zəlzələ,

Qurtarmışdı sonu   çox fəlakətlə.

Dağıdıb şəhərlər, milyonla insan,

Bir anda köçübdür, qoca dünyadan.

 

Xilas olanların təşəkkürləri,

Xilasedənlərə verdi qüvvəti.

Ölümdən qurtarıb çoxlu insanı,

Heyrətə gətirir bütün dünyanı.

 

Dağıntı altından hər bir sağ çıxan,

Unutmaz xilaskarları heç zaman.

Tibb bacıları,fədakar  həkimlər,

Vacib köməklərin əsirgəmirlər.

 

Səhra hospitalı Azərbaycandan

Çatdı köməklərə, heç dayanmadan.

Zərərçəkənlərə hər dəstəyimiz,

Edir, edəcəkdir  qardaş ölkəmiz.

 

Zəlzələ dünyaya oxuyur meydan,

Dağıdır dünyanı təkanlarından.

Yerlə yeksan olan bütün şəhərlər,

Tez bir zamanda da  mütləq dirçələr.

 

Babakişi yazır təmiz ürəkdən,

Əcdadımız birdir , Türkdür əzəldən.

Qardaşlıq köməyi Azərbaycanın,

Tez çatdı köməyə qardaşlarının.

                                                 Fevral 2023-cü il.

Babakişi Beyləqani,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, publisist