Hikmət dünyası

Tahir Hwseyn

17:57 14-05-2024 199

    Tahir Hüseynin  “Hikmət dünyası” kitabını  vərəqlədikcə, hər bir  vərəqdə  yazılmış olan  sözləri, kəlamları  oxuduqca insan  var olduğu dünyanı  fikrən, xəyalən  tərk edib yeni bir  aləmə, dünyaya düşdüyünü  fərq edir. Bu dünyanın hara  olduğunu  və harada olduğunu  düşünür. Haradır?  Bu dünya  deyərək fikirləşir, istəyir ki,  xəritə tapıb  o yeri  axtarsın. Fikirlər və düşüncələr aləminə  qapılıb, o hikmət dünyasında  olduğunu hiss edir və  bu dünyada  olmağa, orada yaşamağa meyl edir...Lakin öz xəyallar aləmindən ayrılıır, özünü real  aləmdə görür... kitaba baxaraq  oradakı söz və kəlamların böyük təsir altında  olduğunu bilir... Söz və kəlamların təsirindən ayılmaq istəmir. O  gözəl  dünyaya qayıtmaq istəyir... Heyf ki, o söz və kəlam dünyasında yaşayış yoxdur... İnsan  söz və kəlamları oxuduqca kitabın vərəqlərinə  yapışıb  orada qalmaq istəyir...

      Tahir Hüseynin söylədiyi  söz və kəlamlar insan  dünyasının əxlaq və mənəvi  keyfiyyətləridir... Pak və saf insanlar dünyası məhz  belə olur... Tahir Hüseynin qələmə aldığı kəlamlar adamı  insan edər. Kitabdan az sayda  söz və kəlamlara  nəzər yetirək:

-Allaha qul olandan yox,

Pula-mala  qul olandan uzaq ol.

Çoxlu vəd verənlərdən, qəlbi daş olanlardan, başa çıxandan, niyyəti müəmmalı olandan, üzə gülən adamdan, səni  dəyərsizləşdirəndən və s. adamlardan uzaq  ol,deyir...

Bir neçə  kəlamı da qeyd edim:

-Dostsuz yaşamaq,  duzsuz yaşamaq, kimidir.

Sevinə bilməyən insan kədərlə yaşar və ya  günahsız ölməliyik və s...

     Söz və kəlamlar çoxdur. Onları, kitabı  vərəqləyənlər  oxuyub nəticə çıxarmalıdırlar. Kitabdakı söz və kəlamları  oxuyub başa düşənlər,  ancaq insanlar ola bilərlər!...

Söz və kəlamlar adamı insan edər...Mən adam və insanı  bir-birindən  ayırıram.Adamı da, insanı da Allah  yaradıb.  Lakin...Adam:-fərqlənir.

    Kitabı oxuduqca  qeyd etdiyim  və qeyd etmədiyim  yüzlərlə  söz və kəlamları  oxuyub adam  və insan   arasındakı fərqi görmək olar!...

    T.Hüseyn yazır:-İnsanlıq adamın əxlaqındadır, əxlaqın zirvəsi  insanlıqdır. Kamil insan  kasıba da, miskinə də dəyər verəndi, insanın əqidəsi, niyyəti əyilməsin və s.  Söz və kəlamları oxuduqca  fikirləşirsən, bax kimik? Yaşadığımız aləmdə  insan varmı?...Çox düşünüb deyirsən, var... Az da olsan!...

    Əgər   onlar çoxluq təşkil  etsəydilər indi yaşadığımız, bizim üçün böyük olan, lakin kiçik  Yer kürəmiz  əsl insan  məskanı, Yaradanın əsl  insanlara verdiyi  cənnət  olardı!...Heyf ki, elə deyil!...

   Adamların böyük  çoxluq  təşkil etdiyi real aləmimizdə insanlıq  demək olar ki, əzilir... Müharibələr, iqtisadi böhranlr zamanı  insanlıq itir... Mən  digər halları qeyd  etmirəm. Bunların  çoxunu görür və  eşidirik.İnsanlıq!...İtmisən!

Kitabı oxumaq  əsas şərt deyil... Orada yazılanları  dərk edib, anlayıb, öz həyatında , əməlində, demək olar ki,  bütün fəaliyyətində tətbiq  etməlisən...

  Tahir Hüseynin  dediyi kimi, adam insan olar imamıynan, kamilliyiynən ...  İnsanlıq  nəfsi  paklaşdırıb, Ruhun fəzilətlərinə əməl edərək yaşamasıdır!...İnsan olaq, yaşayaq və yaşadaq!Tahir, yaşa və yaşat!...

    Tahir Hüseyn  yazırsan ki, yaşamaq yaşatmaqdı bil!... Ay qardaş, gərək yaşaya biləsən ki, yaşada biləsən!... Axı, dünya yaşaya bilməyənlərlə və  yaşatmaq  istəməyənlərlə doludur... Bizi 44 gün yaşatdılar...Qalib etdilər...Yaşadıq... Başda Prezident İlham Əliyev olmaqla  əsl azərbaycanlılar  o vaxt bir oldular, yumruq oldular, mənfur düşməni  əzdilər və iti  qovan kimi  torpaqlarımızdan  qovub çıxardılar...Şəhid, qazi və veteran oldular, yaşadılar və  yaşatdılar...O müddət ərzində paklaşdılar...Qəlblərində Allah adı, dillərində Allahu Əkbər, Ya Allah sözləri əzbər oldu!...Yəqin xalqımızın  böyük əksəriyyəti  44 günlük  mənəvi aləm  dünyasında  olduğu kimi  yaşayıb-yaratmağa cəht  edəcək, doğru yolu özünə yol biləcək və seçəcək!...Bir daha yaşa və yaşat!...

Nadir Abdullayev,

“Tərəqqi” medallı tarix müəllimi, təqaüdçü.