Bakıda ulduzların konserti olacaq

12:27 24-08-2019 554

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək.

Bu barədə HerGun.Az-a mərkəzdən məlumat verilib.

Konsert avqustun 26-sı saat 20:00-da başlayacaq.

Konsertdə Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony, əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim edəcəklər.