“G7” liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müzakirə etdilər

05:45 25-08-2019 733

Fransanın Biarrits şəhərində görüşən Böyük yeddilik (G7) ölkələrinin liderləri Rusiyanın iştirakı ilə “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

“Yeddi ən inkişaf etmiş ölkənin liderləri (G7) Rusiyanı qaytarmaqla “G8” formatını müzakirə ediblər”, - deyə Yaponiya hökumətinin nümayəndəsi bildirib.

Danışıqların təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə yenidən G8 formatına (Böyük səkkizlik – red.) qayıtmağın məqsədəuyğun olduğunu qeyd edib.