Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq

06:18 25-08-2019 636

Rusiyada “An-2” “dərmansəpən”i əvəz etmək üçün yeni regional təyyarə yaradılacaq. 

Bu barədə RİA “Novosti” Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Yeni təyyarədə 9-14 nəfərin uça biləcəyi qeyd edilir.

Bildirilir ki, əvvəlcə bu model təyyarənin istehsalına 2021-ci ildə başlanılması planlaşdırılan “Baykal” turbulent təyyarəsi ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Qurumdan bildirilib ki, sentyabrda “Baykal”ın taleyi, həmçinin yeni təyyarənin yaradılmasında onun hansı texnoloji xüsusiyyətlərindən istifadə olunacağı barədə qərar qəbul ediləcək.