ABŞ-da qolf turniri zamanı ildırım çaxdı: Xəsarət alanlar var

07:54 25-08-2019 629

Atlantada PGA qolf turniri zamanı ildırım iki dəfə bir ağaca vurub. Nəticədə, 6 nəfər xəsarət alıb.

Bu barədə “The New York Times” yazır.

İldırım turnirin iştirakçıları və tamaşaçıları hava şəraitinin yaxşılaşmasını gözləyən zaman çaxıb.

Turnirin təşkilatçıları bildiriblər ki, xəsarət alanların həyatı təhlükə altında deyil. 

Yarışlar ertəsi günə keçirilib.