II Yelizaveta Trampdan şikayətləndi: Qazonumu korladı

09:27 25-08-2019 1168

Böyük Britaniya və eyni zamanda Avstraliyanın kraliçası II Yelizaveta ABŞ prezidenti Donald Trampdan şikayət edib.

“Times”ın xəbərinə görə, bu barədə kraliça Avstraliyanın baş naziri Skott Morrisona danışıb.

O bildirib ki, Tramp Britaniyaya səfər edərkən onun vertolyotu Bukingem sarayının qarşısına enib və sarayın həyətindəki qazonu zədələyib.

Bir gündə iki dəfə “Bukungem”in həyətinə eniş edən vertolyotlar yaşıllıq ərazidə dərin izlər qoyublar.

Qeyd edək ki, Trampın Böyük Britaniyaya səfəri çox mübahisəli alınmışdı. Həmin vaxt on minlərlə yerli sakin onun əleyhinə nümayişlər və aksiyalar keçirmişdi.