Olimpiya mükafatçımız erməniyə rəqib oldu

14:09 23-06-2019 1015

II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (-73 kq) yarımfinala adlayıb.

28 yaşlı idmançımız 1/16 finalda monteneqrolu, 1/8 finalda italiyalı rəqibini ippona salıb. Onun 1/4 finaldakı rəqibi erməni Ferdinand Karapetyan olub.

Bu çəki dərəcəsindəki daha bir cüdoçumuz Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı rəqibini məğlub edib. O növbəti rəqibi israilli Din Yaakov Qemeri ippona salaraq 1/4 finala çıxıb.

Qadınların yarışında Nuriyyə Axundova (-63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.

Səbuhi MUSAYEV