Yunanıstanda VAR hakimləri "dürmək" sifariş etdilər, canlı yayımda hər kəs izlədi - VİDEO

12:54 25-08-2019 890

Yunanıstanda maraqlı futbol hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, ölkə Super Liqasının açılış turunun "Lamia" – "Panatinaikos" görüşünün VAR hakimləri oturduqları otağa "dürmək" sifariş veriblər.

Qarşılaşmanın video ehtiyat hakimləri (Video Asistant Referee – VAR) yerli ketrinq şirkətlərindən birindən üç ədəd dürmək sifariş ediblər. Onların sifarişi isə qarşılaşmanın başlması ərəfəsində otaqlarına qoyulub və bu, canlı yayımda geniş tamaşaçı kütləsinə nümayiş olunub.

Sözügedən anın videosunu təqdim edirik.