Ərdoğan səs verdi

14:36 23-06-2019 687

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs verib.

Anadolu” xəbər verir ki, Ərdoğan həyat yoldaşı ilə birlikdə Üsküdar rayonundakı seçki məntəqəsinə gəlib.

O, seçicilərin İstanbulun gələcəyi naminə ən doğru qərar verəcəyinə ümidvar olduğunu bildirib. Ərdoğan qeyd edib ki, seçkinin gedişatını diqqətdə saxlayacaq.