Ağsuda yanğın başladı

19:54 25-08-2019 508

 

Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi verib.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. 

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.