Arvadı Konstitusiya məhkəməsindədi, baldızı Prezident Aparatında: İş adamı məhkəmə hakimini ifşa edir-VİDEO

22:07 25-08-2019 1431

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 2-ci Bağlar küçəsi ev Ö/T 23 ünvanda qeydiyyatda olan Əliyev Eldar İsmayıl oğlu ilə Sumqayıt Apelyasiya məhkəməsinin hakimi Səyyad Qafari arasında olan mübahisə və sonuncunun vəzifədən istifadə edərək biznesmenə basqısı haqda ötən sayımızda yazmışdıq.

Bu də Hacı Eldar Azerinfo.tv vasitəsilə birbaşa keçmiş ailəvi dostu, Hacı Səyyada müraciət ünvanlayıb.Həmin müraciəti olduğu kimi dərc edirik:

"2013-cü ildə həyat yoldaşım Əliyeva Kəmalə Misirxan qızının adına Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ünvanında torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Əliyeva Kəmalə Misirxan qızının adına qeydiyyatdan keçirilmiş və üzərində obyekt inşa edilməsinə başlanmışdır. Həmin torpaq sahəsində özümün və cəlb etdiyim investorların vəsaiti hesabına qeyri-yaşayış sahəsi tikilmişdir. Həmin qeyri-yaşayış sahəsinə ümumilikdə 1.200.000 (bir milyon iki yüz min) manat vəsait sərf edilmişdir. Həmin vəsaitin yarı hissəsi sənin tərəfindən mənə ödənildikdən sonra həmin obyekt üzrə əməkdaşlığa razıyam. 
Bizim ailələrimiz səviyyyəsində dost münasibətlərimiz olmuşdur. Bundan sonra həmin münasibətlərə qayıtmaq qeyri-mümkün olsa da, arada olan səlahiyyətli şəxslərin hesabına əməkdaşlıq edilə bilər. Bunu üçün təklif edirəm ki, sənin tərəfindən mənim çəkdiyim xərclər ödənilsin və bundan sonra olan xərclərin də ödənilməsi birgə təmin edilsin. 
Araşdırma zamanı mənə məlum olmuşdur ki, 2016-cı ildə torpaq sahəsinin yarı hissəsinin sənin qardaşının adına keçirilməsi qeyri-qanuni əsaslarla icra edilmişdir. Belə ki, üzərində obyekt olan torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilməsi mümkünsüz olsa da, sənin tərəfindən mümkün edilmişdir. Bu barədə mən cinayət işinin qaldırılması istiqamətində sənədlər toplayıram. Həmin sənədlər arasında işçi layihə isə sənin tərəfindən məni aldatma yolu ilə “Mado” şirkətinə verilmiş və mənə qaytarılmamışdır. Lakin istintaq orqanları tərəfindən həqiqətin ortaya çıxarılması çox da çətin olmayacaq.
Siz hər yerdə yazırsınız ki, guya torpaq sahəsi qardaşın Qafari Seyran Ağali oğlunun adınadır. Amma bunu bir neçə şahid, eləcə də, video görüntülər, icazəli şəkildə yazılan səs yazıları, həmçinin toy şəkilləri və videoları göstərir ki, mənimlə Qafari Səyyad Ağaəli oğlu yaxınlıq etmiş və bundan sonra şərikli işlər görmək üzrə niyyət yaranmışdır. Bu isə sənin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın deməkdir. 
Torpaq sahəsi Əliyeva Kəmalə Misirxan qızının adına olsa da, mən həmin obyekti tikmişəm, pul xərcləmişəm. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm. 
Əgər sən hakim vəzifəndən istifadə edərək, mənim və ailəmin, qohum qardaşımın 9 ilimizi sərf etdiyimiz obyektimizi sökdürmk istəyirsənsə, mən axıra kimi döyüşməyə hazıram. Lazım gələrsə həmin obyekti hədiyyə verərəm, amma sənə tək yedirtmərəm. 
Sənin qayınatan Əsədov Bağır Həbib oğlu respublikada məşhur hakim ola bilər. Qaynın Əsədov Kamran Bağır oğlu Bakı şəhər Qaradağ rayon məhkəməsinin hakimi ola bilər. Həyat yoldaşın Əsədova Aybəniz Bağır qızı Konstitusiya Məhkəməsində işləyə bilər. Baldızın Əsədova Sürəyya Bağır qızı Prezident Aparatında Fuad Ələsgərovun yanında məsul iş görə bilər. Amma əgər sən haqq deyilsənsə, bütün bunlar sənə kömək etməyəcək. Mən hər yerdə deyirəm ki, sənin hakim xalatını çıxartsınlar və mənimlə üzbəüz oturub danışasan. Sən ona görə hakim deyilsən ki, sadə vətəndaşları incidəsən, öz səlahiyyətlərindən istifadə edib, sənə tabe olan işçini, sənin monopolyanda olan notariusda mənim əleyhimə işlərə vadar edəsən. 






Mən sadəcə ona görə narahat oluram ki, Qafari Səyyad Ağaəli oğlu ilə dost münasibətlərində olduğum halda, hazırda məhkəmələrdə çəkişmək məcburiyyətindəyəm. 
Sənədlərdən aydın olur ki, guya torpaq sahəsi üzrə icarə hüququ 2000 (iki min) manata rəsmiləşdirilmişdir. Halbuki həmin torpaq sahəsinə və obyektin tikintisinə külli miqdarda vəsait sərf etmişəm. Sən elə bilmə ki, hüquqşünas kimi hər yerdə məni hədələyəcəksən. İndiyə kimi hansı işləri görmüsənsə qeyri-qanuni yollarla etmisən. Həm torpaq sahəsinin icarə hüququnun 2.000 (iki min) manata satılması, həm torpaq sahəsinin notariusda rəsmiləşdirilməsi, həm saxta bölgüsü, həm özünün olan əşyanın başqasının adına rəsmiləşdirilməsi, həm işlərin Sumqayıtda notariusda icra edilməsi hamısı sənin tutduğun qeyri-qanuni əməllərdir və hamısına görə cavab vermək lazım gələcək. Hələ Nəsimi məhkəməsində hakim işləyən zaman gördüyün qeyri-qanuni işləri demirəm. Nikahların pozulması zamanı, torpaq alqı-satqısı zamanı və başqa işlər zamanı sən o qədər qeyri-qanuni işlər icra etmisən ki, deyiləsi deyil.
Sənin mənə qarşı haqsız əməllərin nəticəsində həm stress, həm xəstəlik, həm də mənəvi sarsıntılarımın hamısının cavabını vermək lazım gələcək. Xəstəliyim barədə yəqin ki, məlumatlısan, hamısı sənin günahındandır və hamısına görə cavab verməli olacaqsan. Məni evinə çağırıb hədə qorxu gəlmisən, lazım gəlsə öldürərək deyib, hədələmisən. Hamısına görə qanun qarşısında cavab verməli olacaqsan.
Qeyd edиlяnlяrи nяzяrя alaraq bildirirəm ki, mənə düşən 600.000 (altı yüz min) manat vəsaiti ödəyəsən və torpaq sahəsinin yarısının sənin qardaşının adına rəsmiləşdirmə işlərinin qanuni yollarla sənin adına dəyişdirilməsini təmin edəsən. Əks halda torpaq sahəsinin icarə hüququnun satılması barədə müqavilənin etibarsızlığı və mənə çatası məbləğin ödənilməsi barədə məhkəmədə iddia qaldırılacaq. "