İstanbullular səs verir - FOTO

15:18 23-06-2019 778

İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilir.

HerGun.Az xəbər verir ki, səsvermə prosesi 31 124 seçki məntəqəsində aparılır.

Seçkilərdə səs hüququndan 10560963 seçici istifadə edə bilər.

Seçki məntəqələri yerli vaxtla saat 17.00-dək açıq olacaq.

Bələdiyyə sədri postu uğrunda Cümhur blokundan olan namizəd Binəli Yıldırım, Millət blokundan Ekrem İmamoğlu, Rifah Partiyasından Necdet Gökçinar və Vətən Partiyasından Mustafa İlker Yücel mübarizə aparır.