Britaniyalı cütlük çöllükdə 5 milyon funtluq xəzinə tapdı

06:45 26-08-2019 851

Böyük Britaniyanın Somerset qraflığından olan cütlük ölkə tarixində ən böyük xəzinə tapıntısına imza atıblar.

DailуMail” xəbər verir ki, 1000 il bundan əvvəl torpaqa bastırılan xəzinəni Adam Steypls və Liza Qreys tapıblar.

Mütəxəssislərin rəyinə görə, 2571 gümüşü sikkə II Haroldun dövrünə aiddir. Bu kralın taxtda cəmi 9 ay qaldığından bu pullar nadir tarixi əhəmiyyət kəsb edir.

Xəzinə 5 milyon funt sterlinq (10,5 milyon manat) dəyərində qiymətləndirilib.