İsrail HƏMAS-ın raket hücumuna aviazərbələrlə cavab verdi

07:09 26-08-2019 502

İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.

RİA Novosti” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza sektorunun şimalındakı hərbi bazasına və batalyonlardan birinin komandirinin ofisinə zərbələr endirib.

Zərbə Qəzza sektorundan atılan raketlərə cavab olaraq endirilib.

Hələlik həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur.