Qrizmann dubl edərək Barselonada ilk qollarını vurdu – VİDEO

07:45 26-08-2019 644

İspaniya Primarasının 2-ci turunda hücumçu Antuan Qrizmannın dublu “Barselona”ya “Betis” üzərində qələbə qazamanqa kömək edib – 5:2.

HerGun.Az xəbər verir ki, vurduğu 2 top 28 yaşlı fransalı üçün “Barselona”nın heyətində ilk rəsmi qollarıdır.

Qrizmannan başqa kataloniyalıların heyətində Karles Peres (56), Jordi Alba (60) və Aleks Vidal (77) fərqləniblər.

“Betis”in 2 topunu Nabil Fekir (15), və Lorenso Qarsia (79) vurublar.

Xatırladaq ki, La Liqanın ilk turunda “Barselona” səfərdə “Atletik”a məğlub olub (0:1).