Dünyanın ən varlı adamları üçün "qara cümə": bir günə 14 milyard itirdilər

12:00 26-08-2019 651

Dünyanın ən zəngin on adamı cümə günü 14 milyard dollar zərərə uğrayıb.

"RİA Novosti" xəbər verir ki, buna səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin kəskinləşməsi fonunda dünya birjalarının eniş yaşamasıdır.

Ən çox itkiyə məruz qalan şəxs "Amazon" şirkətinin rəhbəri və qurucusu Ceff Bezosdur. Onun sərvəti bir gün ərzində 3,25 milyard dollar azalıb.

Şirkət rəhbərinin ilin əvvəlindən itkiləri 15,7 milyard dollar təşkil edib. Bununla belə, C.Bezos 109 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanı olaraq qalır.

"Facebook"un qurucusu Mark Zukerberq, "Microsft"un təsisçisi Bill Qeyts, "Google – Alphabet Inc." şirkətinin həmtəsisçiləri Larri Peyc və Sergey Brin, "Oracle"ın həmtəsisçisi Larri Ellison, "Berkshire Hathaway" investisiya firmasının başçısı Uorren Baffetin zərərləri isə 1,3-dən 1,8 milyard dollaradək təşkil edib.