Millimizin rəqibləri bilindi

15:45 26-08-2019 528

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super Finalındakı rəqibləri məlum olub.

AFFA xəbər verir ki, millimiz Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları sentyabrın 5-dan 8-dək Portuqaliyanın Fiqueyra şəhərində keçiriləcək.

Millimizin oyunlarının təqvimi:

5 sentyabr

Bolqarıstan – Azərbaycan

6 sentyabr

Azərbaycan – Rumıniya

7 sentyabr

Azərbaycan – Çexiya

Oyunlar Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.