Qaradağda 27 yaşlı gənci xəstəxanalıq etdilər

23:27 26-08-2019 770

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Qobustan qəsəbəsində 1992-ci il təvəllüdlü Əhmədov Nihad Fariz oğlu tanıdığı şəxslə mübahisə edib.

Nəticədə o, bir neçə bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Təcili olaraq cərrahi əməliyyat edilən N.Əhmədov Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu