Türkiyədə körpü çökdü, 2 nəfər yaralandı – VİDEO

06:09 27-08-2019 935

Türkiyənin Samsun vilayətində körpü çöküb.

BBC xəbər verir ki, hadisə Terme şəhərində eyni adlı çayın üzərindən keçən körpüdə baş verib.

Kadrlardan göründüyü kimi, körpü üstündən piyadalar keçən zaman çökür. İnsanlarla qarışıq dərəyə yoldan keçən maşın da düşür.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Körpünün dağılmasını bölgədə keçən aramsız yağışlarla bağlayırlar.