İspaniyada hərbi təyyarə turistlərin gözü önündə dənizə düşdü – VİDEO

07:00 27-08-2019 817

İspaniya Hərbi Hava Akademiyasına məxsus “CASA C-101” təlim-məşq təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb.

Europa Press” xəbər verir ki, hadisə turistlərin sevimli yerlərindən olan Mursiya sahilləri yaxınlığında baş verib.

Şahidlər hadisəni lentə ala biliblər. Onlar dərhal La-Manqa xilasetm xidmətinə bu haqda məlumat veriblər.

Bildirilir ki, pilot katapultdan istifadə edib. Onun axtarışlarına dəniz xilasedicilri, Qırmızı Xaç və Qvardiya cəlb olunub.