Şarapova 20-ci dəfə Uilyamsa məğlub oldu – VİDEO

07:54 27-08-2019 1102

Rusiyalı tenesçi Mariya Şarapova ABŞ-ın Açıq Çempionatının ilk turunda əzəli rəqibi amerikalı Serena Uilyamsa məğlub olub.

Eurosport.ru” xəbər verir ki, meydan sahibi rusiyalı rəqibini 2 setdə darmadağın edib - 6:1, 6:1. Oyun cəmi 59 dəqiqəyə başa çatıb.

32 yaşlı Şarapova üçün Uilyamsa uduzmaq adi bir hala çevrilib: o, artıq 20-ci dəfədir ki Serenaya məğlub olur.