Yaponiya G8 formatına qayıda bilər

10:18 27-08-2019 965

Müəyyən şərtlərə riayət etməklə G8 ("Böyük səkkizlik") formatına qayıtmağı istisna etmək olmaz, lakin bu proses vaxt apara bilər.

Bunu Yaponiyanın xarici işlər naziri Taro Kono bəyan edib.

Nazir qeyd edib ki, "səkkizlik" formatı daha öncə də olub, bununla əlaqədar olaraq, Rusiyanın da iştirak etdiyi G8 formatına müəyyən şərtlərlə qayıtmaq mümkündür.

O, həmçinin əlavə edib ki, Yaponiyanın Krımla bağlı mövqeyi dəyişmir və yarımadanın Rusiyaya ilhaqını qəbuledilməz hesab edir.

Bir müddət əvvəl Birləşmiş Ştatların lideri Donald Tramp mətbuat konfransı zamanı bildirib ki, ABŞ-da keçiriləcək növbəti G7 sammitinə Rusiya Prezidenti Vladimir Putin də dəvət olunacaq.