DÇ-də ilk medalımız təmin edildi: cüdoçularımız yarımfinalda qarşılaşacaq

11:27 27-08-2019 912

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinal mərhələsinə yüksəliblər.

HerGun.Az-ın məlumatına görə, R.Orucov 1/4 finalda israilli Tohar Butbulu, H.Heydərov isə Tacikistan təmsilçisi Bəhruz Xocazodanı mübarizədən kənarlaşdırıb.

İdmançılarımız yarımfinalda bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, ikisindən biri finala çıxacaq ki, bu da Azərbaycan yığmasının dünya çempionatında ilk medalı təmin etməsi deməkdir.