Rüstəm finalda yenə Onoya uduzdu, Hidayət üçüncü oldu

16:36 27-08-2019 609

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan ilk medallarını qazanıb.

HerGun.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində Hidayət Heydərov bürünc medal uğrunda görüşdə tacikistanlı Somon Maxmadbəyovla qarşılaşıb.

"Qızıl xal" təxminən səkkiz dəqiqə sürüb. Sonda Hidayət rəqibini ippona salaraq ardıcıl ikinci dəfə dünya çempionatının bürünc medalını qazanıb.

Finalda isə Rüstəm Orucovla yapon Shohey Ono qarşılaşıb. Rio Olimpiadasının finalında bu rəqibinə uduzmuş Rüstəm yenə Ono üzərində sindromu qıra bilməyib. Görüşün əvvəllərində ippon fəndinə düşən Orucov ikinci dəfə dünya ikincisi olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi hazırda bir gümüş və bir bürünc medalla altıncı sıradadır.

Səbuhi Musayev