Azərbaycan, Rusiya və İran prezidentləri avqustda görüşəcəklər

11:09 16-06-2019 725

Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi bu ilin avqust ayında planlaşdırılır.

RİA Novosti xəbər verir ki, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotarev Tehranda “İran və Şimali Qafqaz: əməkdaşlığın tarixi və perspektivlər” adlı konfransın açılışında deyib.

O bildirib ki, zirvə görüşü Soçidə keçiriləcək.