Hindoneziyada oğlan eyni vaxtda iki qızla kəbin kəsdi – VİDEO
05:54 28-08-2019 904
Kalimantan adasında (Hindoneziya) cavan oğlan eyni vaxtda iki qızla kəbin kəstirib.
“Life”ın yaydığı videoda göründüyü kimi, oğlan iki nişanlısı ilə birlikdə molla qarşısında oturub dua oxuyurlar.
Oğlan belə bir seçim etdiyini qızların əziyyəti ilə izah edib:
“Onlar hər ikisi qeyrimüəyyənlikdən əziyyət çəkirdilər. Mən buna dözə bilmədim və ikisi ilə də evləndim”.
Hindoneziyada çoxarvadlıq təbii hal kimi qiymətləndirilir. Lakin son zamanlar Avropanın təsiri altında burada poliqamiya pislənilir.