ABŞ-da kişi evdə qapanıb polisə atəş açdı - VİDEO

06:54 28-08-2019 640

ABŞ-ın Arkanzas ştatının Uest-Helena şəhəri yaxınlığında yerləşən bir evdə kişi barrikada quraraq polisə silahlı müqavimət göstərir.

Fox News” telekanalı xəbər verir ki, bu barədə yerli polis şefi Ceyms Smit məlumat verib.

Onun sözlərinə görə, sözügedən evin qarşısında iki meyit var. Naməlum şəxs polislər evə yaxınlaşdığı zaman onlara atəş açıb.

Lakin polis şefi evin qarşısında uzanan iki nəfərin öldüyünü birmənalı olaraq təsdiq etmir.

Asayiş keşikçiləri hesab edirlər ki, evin içində girov ola bilər.

Silahlı kişinin şəxsiyyəti hələ müəyyən edilməyib. Polis onu təslim olmağa çağırır. Eyni zamanda hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub.