Məşhur repçini güllələyərək qarət etdilər

16:27 28-08-2019 900

Britaniyalı repçi Mist (əsl adı Riz Tomas Silvesterdir) Portuqaliyada silahlı soyğun zamanı yaralanıb.

Bu barədə "The Independent" məlumat yayıb.

Qeyd olunur ki, hadisə 27 yaşlı musiqiçi Alqarvda, regionun ən nüfuzlu kurortu sayılan "Kvinta-do-Laqo"da istirahət edərkən baş verib. Soyğunçular onun villasına daxil olaraq, pasportunu, qiymətli əşyaları və mobil telefonları oğurlayıblar.

Soyğun zamanı ayağından güllələnən repçi dostları tərəfindən xəstəxanaya çatdırılıb. Onlar oğruların irland ləhcəsi ilə danışdığını bildirib.

Mistin səhhəti barədə hələlik heç bir məlumat verilmir.

Hip-hop ifaçısının iki albomu var. O, daha çox "So High" treki ilə məşhurlaşıb. Bu klipin "Youtube"da 16 milyon izlənmə sayı var.