Çempion yanğınsöndürənlərlə görüş keçirilib - FOTO

17:18 28-08-2019 887

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları - Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon N saylı bölməsinin yanğınsöndürəni kiçik çavuş Əşrəf Bayramovu və DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılovu əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Əşrəf Bayramov 26 oktyabr 2017-ci il tarixində İtaliyanın Karrara şəhərində keçirilmiş MMA döyüş növləri üzrə dünya çempionatında gümüş medal qazanıb. Bundan əlavə, idmançımız 20 iyul 2019-cu il tarixində Gürcüstanın Batumi şəhərində keçirilmiş MMA üzrə professional döyüşdə 56 kq çəki dərəcəsində çıxış edib və erməni idmançıya qalib gələrək çempion olub.

Aprel döyüşlərinin iştirakçısı olmuş, DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov isə 23-25 avqust 2019-cu il tarixlərində Rumıniyada keçirilən kunq-fu sanda üzrə dünya çempionatında 60 kq çəki dərəcəsində mübarizə apararaq qızıl medala sahib olub.