Aralıq dənizində gəmi batdı, onlarla miqrant öldü - VİDEO

17:45 28-08-2019 836

Avropaya getmək üçün yola çıxan miqrant gəmisi Liviya sahillərində batıb.

Gəminin batması nəticəsində 100 nəfərdən 40-ı ölüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Çarli Yaxley bildirib ki, miqrantlar, əsasən, Misir, Tunis, Sudan və Mərakeş vətəndaşlarından ibarətdir. 

Qeyd edək ki, bu il Aralıq dənizində həyatını itirənlərin sayı 900 nəfərə çatıb.