Nigeriyada qaz kəmərində partlayış - 10 nəfər həlak olub

01:09 24-06-2019 658

Nigeriyanın River vilayətində qaz kəmərində partlayış olub. Hadisə nəticəsində 10 nəfərin həlak olduğu bildirilib.

Məlumata əsasən, partlayış vilayət sakinləri arasında təlaş yaradıb. Bildirilir ki, partlayış zamanı naməlum energetika şirkətinin bir neçə əməkdaşı qaz kəmərinin yaxınlığında işləyirmiş.

Ölkə prezidenti Məhəmməd Buxari ölənlərin ailəsinə başsağlığı verib.