Şahzadəsinin qurbanı olduğunu deyən qadın: "O nə etdiyini dəqiq bilir" - FOTO

23:36 28-08-2019 806

Nyu-York məhkəməsində Ceffri Epsteynin cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib. 

Məhkəmədə özlərini milyonçunun qurbanları adlandıran 15 qadın iştirak edib. 

Zərərçəkənlərdən biri - Vircinia Cuffri bildirib ki, Epsteyn onu 16 yaşından etibarən cinsi istismara məruz qoyub və dəfələrlə şahzadə Endrü də daxil olmaqla, onu nüfuzlu dostları ilə cinsi əlaqədə olmağa  məcbur edib. 

Sübut olaraq, qadın hələ bir neçə həftə əvvəl məhkəməyə bir fotoşəkil təqdim edib. Şəkildə şahzadə və Virciniyanın özü (o vaxt 17 yaşında imiş) və milyonçunun sevgililərindən biri - Jizel Maksvel əks olunub.

Kral ailəsi vəkilləri şəklin gerçək olduğunu şübhə altına alıblar. 

Məhkəmə salonundan çıxan Virciniya jurnalsitlərin Endrü ilə bağlı suallarına cavab verib.

Cuffre qısa  bunları deyib: "O neylədiyini dəqiq bilir və ümid edirəm, hər şeyi vicdanla söyləyər".

Bundan əvvəl şahzadə Endrü özü və Bukingem sarayı səslənən ittihamları qəti şəkildə rədd edib. Eyni zamanda Kraliça Elizabetin oğlu məhkəməyə çağırılmayıb.

Xatırladaq ki, amerikalı maliyyəçi Ceffri Epsteyn iyulun əvvəlində saxlanılıb. O, qadın alverində ittiham olunur. Bildirilir ki, 2002-2005-ci illərdə milyarder malikanədə yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi zorakılıq tətbiq edib. 

Prokurorluq iddia edir ki, Epsteynin xidmətlərindən istifadə edənlər arasında Bill Klinton, Donald Tramp, şahzadə Endrü, İngiltərə və İsrailin keçmiş baş nazirləri Toni Bleyer və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da var. 

Xəbər verildiyi kimi, azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə, onları pul müqabilində varlı şəxslərə satmaqda suçlanaraq həbs olunan amerikalı milyarder Ceffri Epşteyn qaldığı təcridxanada ölü olaraq tapılıb.

Onun özünü asaraq intihar etməsi versiyası üzərində dayanırlar.

C.Epşteynin payız aylarında məhkəmədə ifadə verməsi gözlənilirdi.


Rəşad Əliyev