Nişan üzüyünü bəyənmədi, sevgilisini sosial şəbəkədə biabır etdi

01:27 29-08-2019 981

"Reddit" istifadəçiləri "pis" nişan üzüyünə görə sevgilisindən şikayətlənən qızın paylaşımına şərh yazıblar. 

Rusiya saytlarının yazdığına görə, qız nişanlısının toyqabağı hədiyyəsini bəyənməyib. 

O, paylaşımında sevgilisi ilə səkkiz ildir tanış olduğunu bildirib. Üç ildi ki, oğlan ona evlənmək təklif edib. Bu müddət ərzində o, oul yığaraq, qıza xırda brilyant qaşla bəzədilmiş nazik üzük ala bilib.  

Qız üzüyün şəklini istifadəçilərlə bölüşüb və yazıb: "Desəm ki, bu balaca, eybəcər üzük mənə lazım deyi, çox pis səslənər və mən tamahkar bir adam kimi davranmış olaram?"

Maraqlıdır ki, şərhlərdə daha çox qıza dəstək veriblər. Bildiriblər ki, sevdikləri şəxsdən bu cür hədiyyə almaqla özlərini alçaldılmış sayardılar.  

Bununla belə, bədbəxt nişanlının "tərəfində olan" və qızı xırdaçı hesab edənlər də tapılıb. 

Ən maraqlı şərhi isə Tater-Tot_917 adlı istifadəçi yazıb: "Şəxsən mənə elə gəlir, üzüyü kimin taxması onun necə görünməsindən daha vacibdir".